Ümumi Məlumat

Milli Deposit Mərkəzi Nömrələyici Agentlik qismində 

Milli Nömrələyici Agentlik öz ölkəsində qiymətli kağız buraxılışlarına və başqa maliyə alətlərinə, xüsusən milli məzənnəyə və müxtəlif indekslərə beynəlxalq eyniləşdirmə nömrəsi olan ISIN (International Securities Identification Numbers) kodlarını təyin etməyə səlahiyyətli təşkilat hesab olunur.

Azərbaycan Respublikasında Milli Nömrələyici Agentlik statusu Milli Deposit Mərkəzinə (MDM) məxsusdur. Belə ki, 2006-cı ilin noyabr ayında Milli Deposit Mərkəzi (MDM) ilə Milli Nömrələyici Agentliklər Assosiasiyası olan - ANNA (Association of National Numbering Agencies) arasında  “Qlobal Əməkdaşlıq” haqqında razılaşma imzalanmış və MDM ANNA-nın rəsmi Əməkdaşına çevrilmişdir. 2008-ci ildən etibarən isə MDM bu təşkilatın tamhüquqlu üzvü seçilmişdir.

Özündə 120-dən artıq təşkilatı birləşdirən ANNA-nın əməkdaşı olmaqla, MDM Azərbaycan Respublikasının ərazisində Milli Nömrələyici Agentlik statusunu qazandı və bununla Azərbaycanda buraxılan qiymətli kağızların beynəlxalq fond bazarlarına çıxışını və Azərbaycan qiymətli kağızlarına verilən dövlət qeydiyyat nömrələrinin dünya üzrə tanınmasını təmin etdi. Bu andan MDM-in funksiyalarına beynəlxalq identifikasiya kodlarını qiymətli kağızlara təyin etmək yolu ilə effektiv beynəlxalq identifikasiya sisteminin yaradılmasında köməklik göstərmək, bundan başqa qiymətli kağızlarla beynəlxalq əməliyyatlar çərçivəsində göstərilən kodlar haqqında məlumatı yaymaq daxildir.

 

ISIN kod

ISIN kod maliyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12-işarəli hərfi-rəqəmli koddur.

İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya, emitentin hüquqi yerləşdiyi yeri (borc qiymətli kağızları istisna olmaqla) müəyyən edir. Borc qiymətli kağızlarına kodu bu alətin yerli və ya beynəlxalq olmasından asılı olaraq müvafiq Milli Nömrələyici Agentlik təyin edir. ISO 3166 standartına əsasən Azərbaycan emitentlərinin qiymətli kağızlarına verilən ölkə kodu “AZ” kimi ifadə olunur.

Növbəti doqquz rəqəm, qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number, və ya NSIN) götürülür.

Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 “ikiqat artır – topla - ikiqat  artır” (“Modulus 10 Double Add Double technique”) moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.

 

Ümumi görünüşdə ISIN kodunun sxemi aşağıdakı kimidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ölkə kodu – 2 işarə

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qiymətli kağızın buraxılış kodu – 9 işarə

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yoxlayıcı rəqəm

Göstərilən standartlardan başqa, ISIN kodlarının Azərbaycan ərazisində təyin edilməsi “Azərbaycan ərazisində buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya kodlarının verilməsi haqqında qaydalar”la tənzimlənir.

 

Qiymətli kağızın identifikasiya kodu ISIN – emitentin ümumi əlamətlər daşıyan qiymətli kağızlarının birmənalı identifikasiyası üçün nəzərdə tutulan unikal koddur.

Beynəlxalaq identifikasiya kodlarının qiymətli kağızlara verilməsində məqsəd bir sistem çərçivəsində qiymətli kağızların və başqa maliyə alətlərinin standartlaşdırılmış identifikasiyası və bu məlumatların fond bazarının iştirakçılarının arasında yayılmasıdır. Beynəlxalq identifikasiya kodları və qiymətli kağızların standartlaşdırılmış təsviri maliyə sənayesinin bütün sektorlarında istifadə olunur və dəqiq və effektiv klirinq və hesablaşmaların həyata keçirilməsi, əqdlərin bağlanması və qeydiyyata alınmasının bütün mərhələlərində məlumatın təhlilinin tam avtomatlaşdırılması, habelə hesablaşmaların tezləşdirilməsi üçün zəruri hesab edilir.

 

ISIN kodunun təyin edilməsi proseduru

ISIN kodları Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (International Standards Organization) Texniki komitəsi tərəfindən hazırlanmış ISO 6166 beynəlxalq standartlarına uyğun olaraq verilir. Bu standart qiymətli kağız buraxılışlarının beynəlxalq nömrələmə sisteminin rəqəmli işarələnməsi üçün ümümi struktur təyin edir və müxtəlif ölkə emitentlərinin qiymətli kağızalrına ISIN kodun verilməsi üçün məsul orqanları, həmçinin ISIN kodlarını ala bilən qiymətli kağızların siyahısını müəyyən edir.

 

ISIN kodlar aşağıdakı qiymətli kağızlara təyin edilir :

 

-                      investisiya qiymətli kağızları;

-                      borc alətləri (müxtəlif istiqrazlar);

-                      törəmə qiymətli kağızlar (opsionlar və fyuçerslər);

-                      digər alətlər (veksellər, indekslər, valyuta).

 

Beynəlxalq standart ISO 6166 Azərbaycan Respublikasının Standartlaşdırma, Patent və Metrologiya Agentliyində AZS–267 nömrəsi altında qeydiyyatdan keçmişdir və beləliklə Azərbaycan ərazisində hüquqi qüvvəyə malik olmuşdur.