ANNA - Milli Nömrələyici Agentliklər Assosiasiyası
2006-cı ildən etibarən MDM Milli Nömrələyici Agentliklər Assosiasiyasının (ANNA) üzvüdür və Azərbaycan Respublikasının Milli Nömrələ­yici Agentliyi statusunu daşıyır. Bu assosiasi­ya özündə 110-dan artıq təşkilatı birləşdirir. Bu təşkilatların hər biri öz ölkəsində qiymətli ka­ğız buraxılışlarına beynəlxalq ISIN (Internatio­nal Securities Identification Numbers) kodları təyin etmək səlahiyyətindədirlər. 2008-ci ilin aprel ayından başlayaraq MDM ISIN kodları ilə yanaşı qiymətli kağız buraxılışlarına CFI (Ma­liyyə Alətlərinin Təsnifatı) kodlarının da verilməsinə başlamışdır. MDM bugünədək 222 qiy­mətli kağız buraxılışlarına ISIN və CFI kodları verilmişdir. ISIN qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi olmaqla beynəlxalq əməliyyatların və hesablaşmaların aparılması zamanı qiymətli kağızları birmənalı identifikasiya edən koddur. Qiymətli kağızlarla əməliy­yatların qabaqcıl beynəlxalq standartlarının tətbiq edilməsi məqsədilə “2011-2020-ci illər­də Azərbaycan Respublikasında qiymətli ka­ğızlar bazarının inkişafı” Dövlət Proqramında qiymətli kağız buraxılışlarının dövlət qeydiy­yatının beynəlxalq kodların (ISIN) verilməsi ilə sinxronlaşdırılması nəzərdə tutulmuşdur. Bu layihənin reallaşdırılması nəticəsində Azər­baycan qiymətli kağızlarının beynəlxalq ba­zarlara çıxmaq imkanları artacaqdır.