AECSD - Avrasiya Mərkəzi Depozitarlar Assosiassiyası
2005-ci ildə yaradılmış Avrasiya Mərkəzi Depozitarları Assosiasiyası (AECSD) əsasən Müstəqil Dövlətlər Birliyi ölkələrinin mərkəzi depozitarlarını bir­ləşdirir. MDM bu assosiasiyanın təsisçilərindən biridir. Bu assosiasiya çərçivəsində MDM, Uk­rayna, Belarus, Gürcüstan, Özbəkistan, Qa­zaxıstan, Qırğızıstanın mərkəzi depozitarları ilə əməkdaşlıq memorandumları imzalamış, həmçinin Rusiyanın 3 depozitarı ilə (NDC, RosBank, VTB bank) müxbir əlaqələr yarat­mışdır.