Fəaliyyət istiqamətləri

MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:


- qiymətli kağızların saxlanması və uçotunun aparılması;

- qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;

- qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;

- qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;

- nominal saxlayıcıların hesablarının uçotunun aparılması;

- qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;

- öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına depozitar xidmətlərin göstərilməsi;

- müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;

- “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələr.


 “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən MDM Mərkəzi depozitar olaraq  müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.