Ümumi Məlumat

Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının Mərkəzi Depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

MDM-in ali idarəetmə orqanı Müşahidə Şurası, icra orqanı isə İdarə Heyətidir. MDM-in üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlardır.

MDM öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”nu, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Azərbaycan Respublikasının güvvədə olan normativ hüquqi aktlarını və öz Nizamnaməsini rəhbər tutur.