Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
8 Sentyabr 2010 il
çərşənbə
 
ISIN&CFI kodları


Milli Depozit Mərkəzi tərəfindən verilən ISIN və CFI kodları

İSİN kod maliyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12-işarəli hərfi-rəqəmli koddur.İlk iki işarə ölkə kodunu müəyyən edir. Öıkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya, borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir.

Növbəti doqquz rəqəm, qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number, və ya NSIN) götürülür.
 
Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 “ikiqat artır – topla - ikiqat artır” (“Modulus 10 Double Add Double technique”) moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.
 
Ümumi görünüşdə İSİN kodunun sxemi aşağıdakı kimidir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ölkə kodu – 2 işarə
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qiymətli kağızın buraxılış kodu – 9 işarə

 
 
 
 
 
 
 
 
 
 
 
 
Yoxlayıcı rəqəm
 

Qiymətli kağızın identifikasiya kodu İSİN – emitentin ümumi əlamətlər daşıyan qiymətli kağızlarının birmənalı identifikasiyası üçün nəzərdə tutulan unikal koddur.

 

CFI kodu qiymətli kağızlar və başqa maliyyə alətləri haqqında məlumat verən ((həmçinin qiymətli kağızların növü, buraxılışın forması, tədavülün, silinməsi xüsusiyyətləri və digər hüquq və xarakteristikaları haqqında) 6 rəqəmli hərfdən ibarət olan koddur. CFİ kodu İSİN kodu ilə birgə olaraq maliyə alətlərinin vacib identifikatoru sayılır.

 

İSİN və CFİ kodlarının qiymətli kağızlara verilməsində məqsəd bir sistem çərçivəsində qiymətli kağızların və başqa maliyə alətlərinin standartlaşdırılmış identifikasiyası və bu məlumatların fond bazarının iştirakçılarının arasında yayılmasıdır. Beynəlxalq identifikasiya kodları və qiymətli kağızların standartlaşdırılmış təsviri maliyə sənayesinin bütün sektorlarında istifadə olunur və dəqiq və effektiv klirinq və hesablaşmaların həyata keçirilməsi, əqdlərin bağlanması və qeydiyyata alınmasının bütün mərhələlərində məlumatın təhlilinin tam avtomatlaşdırılması, habelə hesablaşmaların tezləşdirilməsi üçün zəruri hesab edilir. Qeyd eləyək ki, Azərbaycanın qiymətli kağızlarının dünya bazarına çıxarılması üçün, həmin kodların verilməsi mütləqdir. Beləliklə beynəlxalq kodların verilməsi Azərbaycan emitentlərinin beynəlxalq fond bazarlarına daxil olması prosesinin ilkin hissəsidir.


İSİN və CFİ kodunun təyin edilməsi proseduru

İSİN və CFİ kodları Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (International Standards Organization) Texniki komitəsi tərəfindən hazırlanmış ISO 6166 və ISO 10962 beynəlxalq standartlarına uyğun olaraq verilir. Bu standart qiymətli kağız buraxılışlarının beynəlxalq nömrələmə sisteminin rəqəmli işarələnməsi üçün ümumi struktur təyin edir və müxtəlif ölkə emitentlərinin qiymətli kağızalrına İSİN kodun verilməsi üçün məsul orqanları, həmçinin İSİN kodlarını ala bilən qiymətli kağızların siyahısını müəyyən edir.

İSİN və CFİ kodlar aşağıdakı qiymətli kağızlara təyin edilir :

-          borc qiymətli kağızlar (səhmlər, misal üçün pay investisiya fondlarının payları);

-          borc alətləri (müxtəlif istiqrazlar);

-          törəmə qiymətli kağızlar (opsionlar və fyuçerslər);

-          digər alətlər (veksellər, indekslər, valyuta)

Göstərilən standartlardan başqa, İSİN və CFİ kodlarının Azərbaycan ərazisində təyin edilməsi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən təsdiqlənmiş Azərbaycan ərazisində buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya kodlarının verilməsi haqqında qaydalarla tənzimlənir.İSİN və CFİ kodları müvafiq ərizə qəbul olunduğu gündən 5 iş günü ərzində təyin edilir. Hal-hazırda İSİN və CFİ kodlarının verilməsi xidmətləri üzrə xidmət haqqı alınmır.

Səhmlərə İSİN və CFİ kodlarının verilməsi üçün ərizə forması

İstiqrazlara İSİN və CFİ kodlarının verilməsi üçün ərizə forması

Mənzil sertifikatlarına İSİN və CFİ kodlarının verilməsi üçün ərizə forması

Köçürmə veksellərinə İSİN və CFİ kodlarının verilməsi üçün ərizə forması

Sadə veksellərə İSİN və CFİ kodlarının verilməsi üçün ərizə forması



 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008