Baş səhifə | Saytın xəritəsi | Əlaqə | Ana səhifəsi et | Seçilmişlərə əlavə et
aze    |    eng    |    rus
 
İstifadəçinin adı: Parol
5 Sentyabr 2010 il
 
MDM-in tarixi


MDM-in tarixi

"Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nda Milli Depozit Sistemi anlayışı öz əksini tapmışdır. Dövlət Proqramına əsasən depozit sisteminin əsas məqsədi qiymətli kağızların müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız mülkiyyətçilərinin və alqı-satqı müqavilələrinin qeydiyyatını, eləcə də digər depozitar xidmətlərini həyata keçirməkdir.

Depozit sisteminin təkmilləşdirilməsi və onun fəaliyyətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli Fərmanları ilə "Milli Depozit Sistemi haqqında" və "Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında" Əsasnamələr təsdiq edilmişdir. "Milli Depozit Sistemi haqqında" Əsasnamə ilə MDM-in yaradılması nəzərdə tutulmuşdur.

MDM 18 sentyabr 1997-ci il tarixində yaradılmışdır. MDM-in təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK yaradıldıqdan sonra MDM-in səhmləri QKDK-nın mülkiyyətinə verilmişdir. Bunun nəticəsi olaraq MDM QKDK tərəfindən 08 sentyabr 1999-cu ildə yenidən təsis olunmuş və 17 sentyabr 1999-cu ildə dövlət qeydiyyatına alınmişdır.

MDM QKDK tərəfindən verilmiş depozitar və reyestrsaxlayıcı lisenziyalarına malikdir.

Yuxarıda qeyd olunan Əsasnamələrə uyğun olaraq MDM - Milli Depozit Sisteminin tərkib hissəsi olaraq bilavasitə depozitar fəaliyyəti ilə məşğul olan və depozit sisteminə daxil olan depozitarların uçotunu aparan, onların fəaliyyətinə nəzarəti həyata keçirən dövlət təşkilatıdır.

 

MDM-in rəhbərliyi haqqında

Əzizov Bəxtiyar Əskər oğlu - 1959-cu il yanvarın 5-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Moskva İdarəetmə  İnstitutunun “İqtisadi-kibernetika” fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlamışdır. Sonrakı illərdə müxtəlif yerlərdə çalışmış, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətində müavin, Azərbaycan Respublikası Gömrük Komitəsində şöbə rəisi və Azərbaycan Beynəlxalq Bankında filial müdiri vəzifəsində işləmişdir. 2001-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə işə qəbul olmuş və 2004-cü ildə  Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilmişdir. 2005-ci ilin noyabr ayindan İdarə Heyətinin sədri vəzifəsindədir. Ailəlidir. İki övladı var.

Əzizov Fariz Nazim oğlu – 1978-ci il avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat və audit” fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə “Azal Sığorta” Səhmdar Sığorta Şirkətində başlamışdır. Sonrakı illərdə müxtəlif yerlərdə şalışmışdır, o cümlədən “Ata Sığorta” ASC-in İdarə Heyətinin sədr müavini vəzifəsində işləmişdir. 2007-2008-ci illər ərzində Böyük Britaniyanın “Lancaster University Business School” məktəbində  təhsil almış və Biznesin idarə edilməsi üzrə  magistr dərəcəsi almışdır. 2009-cu ilin fevral ayından MDM-in İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. Ailəlidir.

 

 



 
Azərbaycan Respublikası, AZ1000, Bakı, Bülbül prospekti 19,
tel: 994-12-4935058; faks: 994-12-5983550
web site: www.mdm.az e-mail: info@mdm.az
 
 
Site by DreamArt ® 2008