Xəbərlər
Milli Depozit Mərkəzinin nümayəndələri Dünya bankı tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdirlər

5 fevral 2019-cu il tarixində Milli Depozit Mərkəzində(MDM)  Dünya bankının Dövlət borcu və Riskin İdarə edilməsi (DBRİ) üzrə missiyasının nümayəndələri Çiğdəm Aslan, Zlot Banqo və Leandro Secundo ilə görüş keçirilmişdir. Görüş zamanı DBRİ üzrə proqram çərçivəsində dövlət qurumlarına verilən tövsiyələr, o cümlədən dövlət qiymətli kağızlar üzrə birjadankənar ticarətin stimullaşdırılması, beynəlxalq depozitarlarla əməkdaşlığın qurulması və digər məsələlər ətraflı müzakirə edilmişdir.

6 fevral 2019-cu il tarixində Dünya bankının ofisində 2017-ci ilin sonunda həyata keçirilmiş diaqnostik təqdiqat missiyasının nəticələri ilə bağlı höküməti və bazar iştirakçılarını məlumatlandırmaq və zəruri davam fəaliyyətlərini müzakirə etmək məqsədi ilə DBRİ üzrə missiya tərəfindən seminar təşkil olunmuşdur. Tədbir zamanı dövlət istiqrazları bazarının inkişafı, o cümlədən birjadankənar və repo əqdlərinin optimallaşdırılması, Azərbaycanda dövlət istiqrazları bazarının cari vəziyyəti və bu sahədə nəzərdə tutulmuş tədbirlər müzakirə olunmuş, digər ölkələrin, o cümlədən Braziliya, Macarıstan və Türkiyənin dövlət qiymətli kağızlar bazarı haqqında məlumat verilmişdir. Sonda təqdim edilmiş mövzular ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır.   

Seminarda Maliyyə Nazirliyi, Mərkəzi Bank, Bakı Fond Birjası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İsverənin İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak etmişdirlər.

Qeyd edək ki,  4-8 fevral 2019-cu il tarixlərində DBRİ üzrə missiyanın səfərərinin məqsədləri Maliyyə Nazirliyini 2019-cu il üzrə İllik Borclama Planının hazrlanması sahəsində dəstək, yerli bazarın inkişafı ilə bağlı təcrübələrin bölüşməsi və tövsiyyələrin verilməsidir. 

25.04.2019 - Arxivə qayitmaq
Son xəbərlər
10.04.2019Milli Depozit Mərkəzinin nümayəndələri KSP layihəsi çərçivəsində Seul şəhərinə səfər ediblər
29.03.2019MDM-in Müşahidə Şurasının tərkibində dəyişiklik olub
18.03.2019AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
11.03.2019Milli Depozit Mərkəzinin nümayəndələri Gənclər Fondu tərəfindən təşkil edilmiş görüşdə iştirak etmişdirlər
26.02.2019Milli Depozit Mərkəzinin nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
25.02.2019Bakı Fond Birjası yenilənmiş listinq üzrə qaydaları təqdim etdi
25.02.2019MDM-in Müşahidə Şurasının tərkibində dəyişiklik olub
18.02.2019Milli Depozit Mərkəzində Türkiyənin Mərkəzi Depozitarının nümayəndələri ilə görüş keçirilmişdir
13.02.2019Milli Depozit Mərkəzində “Gənc İnvestor 2018” yarışmasının qalibləri üçün təlim keçirilmişdir
08.02.2019AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
07.02.2019Milli Depozit Mərkəzinin nümayəndələri Dünya bankı tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdirlər
28.01.2019Milli Depozit Mərkəzində “Bilik Mübadiləsi Proqramı” çərçivəsində Koreya nümayəndə heyəti ilə görüş keçirilib.
26.12.201818.12.2018-ci il tarixdə Milli Depozit Mərkəzinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdir.
13.12.2018Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
23.11.2018AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
19.11.2018Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid adlı Beynəlxalq Bankçılıq Forumu keçirilmişdir.
05.10.2018“BFB-də maliyyələşmə və ticarət imkanları” mövszusunda görüş keçirilmişdir.
03.10.2018"Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
10.08.2018Kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər keçirilmişdir
30.07.2018MDM-də Koreyanın Qiymətli Kağızlar Depozitarının və Koreya İnkişaf İnstitutunun nümayəndələri ilə görüş keçirilmişdir.
16.07.2018Bakı Biznes Mərkəzində “IPO, Korporativ idarəetmə və listinq” mövzusunda biznes seminar keçirilmişdir
02.07.2018ANNA-nın Ümumi yığıncağı keçirilmişdir
21.06.2018Avrasiya Mərkəzi Depozitarları Assosiassiyası tərəfindən təşkil olunmuş seminar keçirilmişdir
25.05.2018MDM-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə həsr olunan tədbir keçirilib.
10.05.2018Milli Depozit Mərkəzinin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər