22 noyabr 2018-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə İnvestisiya şirkətlərinin ticarət platformasının CETA sisteminə qoşulması, keçiriləcək I Beynəlxalq Maliyyə Sərgisinə dair məsələlər, Depozitar sistemində maliyyə girovunun qeydiyyata alınması üzrə qaydaların tətbiqi və digər mövzular ətraflı müzakirə edildi.Yığıncaqda Milli Depozit Mərkəzinin əməkdaşları da iştirak etmişdirlər.
Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan,Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir