Xəbərlər
Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilmişdir
17 fevral 2016-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Koreya Birjası, Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndələrinin iştirakı ilə Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin istifadəyə verilməsi ilə bağlı tədbirin açılış mərasimində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparat rəhbəri cənab Bəxtiyar Əzizov, Koreya Respublikasını Azərbaycandakı səfiri cənab Kim Çanq-gyu, Koreya Birjasının nümayəndəsi cənab Yanq Sanq Kvon, Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi xanım Anjela Prigojina və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi cənab Elxan Mikayılov çıxış etmiş, layihənin uğurla başa çatdırılması ilə bağlı öz fikirlərini bildirmişlər.
Tədbirin rəsmi hissəsindən sonra yeni Ticarət sisteminin istifadəyə verilməsinə start mərasimi baş tutmuşdur. Start düyməsi təntənəli şəkildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı,  Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Prigojina və Koreya Birjasının Daimi Nəzarət Müfəttişi Yanq Sanq Kvo tərəfindən sıxılmışdır.
Azərbaycanın qiymətli kağızlar bazarının bütün infratruktur institutlarını birləşdirən və dünyada bu sahədə tətbiq edilən qabaqcıl texnologiyalar əsasında yaradılmış yeni vahid sistem funksionallıq, iş prinsipi və ticarət imkanları baxımından tam müasir system olmaqla bazar iştirakçılarına təhlükəsiz və  yüksək sürətli yeni istiqamətlər yaradır. Tədbir iştirakçılarının da bildirdiyi kimi bu sistem Azərbaycan fond bazarının inkişafına böyük təkan verəcəkdir.
Yeni Sisteminin istifadəçiləri ticarətin təşkilatçısı olan Bakı Fond Birjası, Mərkəzi depozitar və klirinq təşkilatı kimi Milli Depozit Mərkəzi, ticarət üzvləri olan İnvestisiya şirkətləri və bazarın tənzimləyici orqanı QKDK-dır.
Məlumat üçün bildirək ki, “Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi”nə qısa olaraq CETA adı verilmişdir (oxunuş qaydası - [SETA], abreviaturanın açılışı – “Centralised Exchange Trading in Azerbaijan”, Azərbaycanca – “Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi”).
Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi “Qiymətli kağızlar bazarı haqqında” qanuna və ondan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq və “Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi”nin  “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponentinin həyata keçirilməsi nəticəsində yaradılmışdır.

16.10.2018 - Arxivə qayitmaq
Son xəbərlər
05.10.2018“BFB-də maliyyələşmə və ticarət imkanları” mövszusunda görüş keçirilmişdir.
03.10.2018"Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
10.08.2018Kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər keçirilmişdir
30.07.2018MDM-də Koreyanın Qiymətli Kağızlar Depozitarının və Koreya İnkişaf İnstitutunun nümayəndələri ilə görüş keçirilmişdir.
16.07.2018Bakı Biznes Mərkəzində “IPO, Korporativ idarəetmə və listinq” mövzusunda biznes seminar keçirilmişdir
02.07.2018ANNA-nın Ümumi yığıncağı keçirilmişdir
21.06.2018Avrasiya Mərkəzi Depozitarları Assosiassiyası tərəfindən təşkil olunmuş seminar keçirilmişdir
25.05.2018MDM-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə həsr olunan tədbir keçirilib.
10.05.2018Milli Depozit Mərkəzinin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər
13.03.2018Milli Depozit Mərkəzində öz üzvləri olan İnvestisiya Şirkətləri ilə görüş keçirilmişdir.
12.03.2018Milli Depozit Mərkəzində növbədənkənar müşahidə şurasının iclası keçirilmişdir.
26.02.2018Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
22.02.2018Emitentlər və Deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verilmişdir
01.02.2018Milli Depozit Mərkəzində Euroclear təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir
27.11.2017AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
25.10.2017Koreya Fond Birjasının əməkdaşları ilə görüş keçirilmişdir
12.09.2017Minsk şəhərində AMDA-nın XIV Beynəlxalq Konfransı keçirilmişdir.
27.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər
06.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti Sədrinin birinci müavini təyin edilmişdir
16.12.2016Milli Depozit Mərkəzində Clearstream təşkilatının nümayəndəsinin iştirakı ilə seminar keçirilmişdir
15.12.2016Milli Depozit Mərkəzinin mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “Asan İmza” xidməti ilə inteqrasiya edilib
12.12.2016Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
31.10.2016Azərbaycan Beynəlxalq Bankının səhmdarlarına
01.04.2016Milli Depozit Mərkəzi müvəqqəti olaraq yeni ofisə köçüb.
18.02.2016Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilmişdir