Xəbərlər
Qiymətli kağızlar bazarı haqqında yeni qanun qüvvəyə minmişdir
    Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir. “Qiymətli kağızlar bazarı haqqında qanun” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının İnkişafı” Dövlət Proqramı çərçivəsində qəbul edilmişdir.
Yeni qanun qiymətli kağızlar bazarında strukturunda və o cümlədən depozitar sistemində bir sıra dəyişiklikləri nəzərdə tutur. Qanuna əsasən, təşkil edilən yeni depozitar sisteminin mərkəzi institutu Mərkəzi Depozitardır. Mərkəzi Depozitarın üzvlərinin isə investisiya şirkətləri və investisiya fondunın depozitarlarının olması nəzərdə tutulmuşdur.
    “Qiymətli kağızlar bazarı haqqında qanun”da göstərildiyi kimi Mərkəzi Depozitar institutu kimi respublika üzrə yalnız Milli Depozit Mərkəzi çıxış edə bilər. Beləliklə, Mərkəzi Depozitar olan Milli Depozit Mərkəzinin ali idarəetmə orqanı Müşahidə şurası olmaqla, vəzifələrinə qiymətli kağızların saxlanması və uçotunun aparılması; qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması; qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi; qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması; nominal saxlayıcıların hesablarının uçotunun aparılması; qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı; öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına fəaliyyətində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi;  müştərilərin sorğusu əsasında hesablarından çıxarışların; aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, yəni, investisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, investisiya fondunun idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun aparılması, habelə,  pul hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi daxildir.
    Qanuna müvafiq olaraq, notarial əqdlərinin qeydiyyatının  avtomatlaşdırılması nəzərdə tutulmuşdur və  bu cür əqdlər bağlanıldıqda depozitar sistemi və notariuslar arasında məlumat mübadiləsi onlayn rejimində həyata keçiriləcəkdir.
    Qanun qüvvəyə mindiyi tarixdən etibarən klirinq və depozitar lisenziyalarının fəaliyyəti dayandırılır və mövcud olan depozitarlar 15 sentyabr 2015-ci il tarixindən bütün saxladığı qiymətli kağızları və reyestrsaxlayıcılar isə qiymətli kağızlar sahiblərinin reyestrlərini Milli Depozit Mərkəzinə ötürməlidirlər. Həmçinin broker, diler və aktivləri idarə edənlər qismində çıxış edən hər bir təşkilat investisiya şirkəti lisenziyası almaq üçün müraciət etməli və fond birjası isə fəaliyyətini yeni tələblərə müvafiq aparmalıdır.
    “Qiymətli kağızlar bazarı haqqında qanun”a əsasən Milli Depozit Mərkəzi qapalı səhmdar cəmiyyəti kimi ləğv edilərək yenidən, qeyri-kommersiya hüquqi şəxsi olaraq təşkil edilməlidir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanına müvafiq olaraq QKDK-nın təklifləri əsasında MDM-in yeni nizamnaməsi hazırlanmış və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təsdiq üçün  təqdim edilmişdir. Hal-hazırda Depozitar sisteminin yenidən təşkili üzrə digər təşkilati və hüquqi tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparılır.
23.05.2019 - Arxivə qayitmaq
Son xəbərlər
22.05.2019“Azərbaycanda kapital və törəmə maliyyə alətləri bazarının fəaliyyəti və tənzimlənməsi” layihəsinin yekunlarına dair tədbir keçirilib
20.05.2019Milli Depozit Mərkəzinin nümayəndəsi Maliyyə və Texnologiyalar Sammitində iştirak edib.
16.05.2019Milli Depozit Mərkəzinin nümayəndələri SWIFT İstifadəçilər Qrupunun iclasında iştirak edib
06.05.2019Milli Depozit Mərkəzinin nümayəndəsi “Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsi” mövzusunda maarifləndirici seminarda iştirak edib
10.04.2019Milli Depozit Mərkəzinin nümayəndələri KSP layihəsi çərçivəsində Seul şəhərinə səfər ediblər
29.03.2019MDM-in Müşahidə Şurasının tərkibində dəyişiklik olub
18.03.2019AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
11.03.2019Milli Depozit Mərkəzinin nümayəndələri Gənclər Fondu tərəfindən təşkil edilmiş görüşdə iştirak etmişdirlər
26.02.2019Milli Depozit Mərkəzinin nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
25.02.2019Bakı Fond Birjası yenilənmiş listinq üzrə qaydaları təqdim etdi
25.02.2019MDM-in Müşahidə Şurasının tərkibində dəyişiklik olub
18.02.2019Milli Depozit Mərkəzində Türkiyənin Mərkəzi Depozitarının nümayəndələri ilə görüş keçirilmişdir
13.02.2019Milli Depozit Mərkəzində “Gənc İnvestor 2018” yarışmasının qalibləri üçün təlim keçirilmişdir
08.02.2019AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
07.02.2019Milli Depozit Mərkəzinin nümayəndələri Dünya bankı tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdirlər
28.01.2019Milli Depozit Mərkəzində “Bilik Mübadiləsi Proqramı” çərçivəsində Koreya nümayəndə heyəti ilə görüş keçirilib.
26.12.201818.12.2018-ci il tarixdə Milli Depozit Mərkəzinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdir.
13.12.2018Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
23.11.2018AFBİA-nın Ümumi Yığıncağı keçirilmişdir
19.11.2018Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid adlı Beynəlxalq Bankçılıq Forumu keçirilmişdir.
05.10.2018“BFB-də maliyyələşmə və ticarət imkanları” mövszusunda görüş keçirilmişdir.
03.10.2018"Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
10.08.2018Kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər keçirilmişdir
30.07.2018MDM-də Koreyanın Qiymətli Kağızlar Depozitarının və Koreya İnkişaf İnstitutunun nümayəndələri ilə görüş keçirilmişdir.
16.07.2018Bakı Biznes Mərkəzində “IPO, Korporativ idarəetmə və listinq” mövzusunda biznes seminar keçirilmişdir