Xəbərlər
Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
    “Milli Depozit Mərkəzi” QSC-nin 15 sentyabr 2014-cü il tarixində keçirilən Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsini icra edən Cahangirov Akşın Fehruz oğlunun səlahiyyətlərinə öz ərizəsi əsasında xitam verilmiş və Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
    Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə-kredit», 1995-ci ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-1987-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında böyük xəzinədar-inkassator, təftişçi, böyük təftişçi, idarə rəisinin müavini, 1988-ci ildən 1992-ci ilədək bankın Sumqayıt şəhər və Bakı şəhəri Xətai rayon şöbələrində müdir vəzifəsində çalışmışdır. Əliyev Araz İsmayıl oğlu 1993-2000-ci illər ərzində Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında Qiymətli kağızlar idarəsinin rəisi, eyni zamanda İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləmiş, 2000-2004-cü ilədək Birləşmiş Universal Səhmdar Bankının Nərimanov və Abşeron rayon filiallarında müdir, bankın xəzinədarlıq departamentinin direktoru kimi rəhbər vəzifələrdə çalışmışdır. O, 2004-cü ildən «Kapital Bank» ASC-nin departament direktoru və İdarə Heyətinin üzvü olmuş, 19 fevral 2007-ci il tarixindən isə “Kapital Bank” ASC-nın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. Eyni zamanda Əliyev Araz İsmayıl oğlu 2012-2013-cü illərdə “Əmanətçilərə Birdəfəlik Ödəmələrin verilməsi Mərkəzi”nin direktoru vəzifəsində çalışmışdır. O, 2013-cü ildən 2014-cü ilin sentyabr ayınadək “Bank of Azerbaijan” ASC-nın Müşahidə Şurasının üzvü vəzifəsində işləyirdi. 15 sentyabr 2014-cü ildən “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, üç övladı var.
23.07.2017 - Arxivə qayitmaq
Son xəbərlər
22.06.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi vakansiya elan edir
27.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər
06.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti Sədrinin birinci müavini təyin edilmişdir
16.12.2016Milli Depozit Mərkəzində Clearstream təşkilatının nümayəndəsinin iştirakı ilə seminar keçirilmişdir
15.12.2016Milli Depozit Mərkəzinin mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “Asan İmza” xidməti ilə inteqrasiya edilib
12.12.2016Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
31.10.2016Azərbaycan Beynəlxalq Bankının səhmdarlarına
01.04.2016Milli Depozit Mərkəzi müvəqqəti olaraq yeni ofisə köçüb.
18.02.2016Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilmişdir
29.10.2015Milli Depozit Mərkəzinin təşkilati-hüquqi forması dəyişdirildi
01.10.2015MDM-də Raiffeisen Bank International–ın nümayəndələri ilə görüş keçirilmişdir.
07.09.2015Qiymətli kağızlar bazarı haqqında yeni qanun qüvvəyə minmişdir
02.07.20152015-ci ilin birinci yarımilliyi üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
02.04.20152015-ci ilin birinci rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
15.03.2015QKDK, MDM və BFB-nin nümayəndə heyətinin Koreya Birjasına işgüzar səfəri baş tutmuşdur.
25.02.2015Koreya Fond Birjasının nümayəndə heyətinin Bakıya işgüzar səfəri başlamışdır.
02.02.2015Milli Depozit Mərkəzi SWIFT şəbəkəsinə qoşulma üzrə birinci mərhələni bitirmişdir.
30.12.2014MDM-in tarif cədvəlində dəyişikliklər edilmişdir
03.12.2014QKDK, BFB və MDM əməkdaşları üçün “Vaxt, iş və prioritetlərin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
17.11.2014“MDM-də risklərin idarəedilməsi” mövzusunda təlim keçirilmişdir
03.11.2014“Korporativ tədbirin həyata keçirilməsi” mövzusunda təlim keçirilmişdir.
30.10.20142014-cü ilin üç rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
16.09.2014Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
08.09.2014Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının XI Beynəlxalq konfransı Bakıda keçirilmişdir.
04.09.2014MDM və Türkiyə Mərkəzi Depozitarı MKK arasında Anlaşma Memorandumu imzalandı