Xəbərlər
Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının XI Beynəlxalq konfransı Bakıda keçirilmişdir.
    5 sentyabr 2014-cü il tarixində Bakıda, “Jumeirah Bilgah Beach” otelində Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının (AMDA) XI Beynəlxalq konfransı keçirilmişdir. AMDA-nın illik Ümumi Yığıncağı çərçivəsində baş tutmuş Konfrans gündəmdə olan mövzuya: “Elektron erada qiymətli kağızlarla ticarət-tənzimləmə, rəqabət və texnologiyalar”a həsr edilmişdir. AMDA-nın bu ilki tədbirinin təşkilatçısı Azərbaycan Respublikası Milli Depozit Mərkəzi idi. 
    Konfransa qiymətli kağızlar sferasının peşəkar, təcrübəli və tanınmış ekspertləri qatılmışdır. O cümlədən, konfransın moderatoru Almaniyanın Frankfurt Universitetinin Elektron maliyyə kafedrasının rəhbəri Peter Qomber olmaqla, Clearstream Bankingin Lüksemburq, Rusiya, MDB və Hollandiya üzrə vitse- prezidenti və satış və əlaqələr üzrə meneceri Yan Villems, Citibankın Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə birbaşa depozitar və klirinq xidmətləri departamentinin rəhbəri Gunsel Topbaş, Türkiyənin Mərkəzi Depozitarı MKK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gokçə İliris və Bakı Fond Birjasının İdarə Heyəti Sədrinin müavini Vüqar Namazov müzakirə panelinin iştirakçıları idilər.
    Konfrans zamanı ekspertlər tərəfindən elektron erada ticarət və post ticarət əməliyyatların aparılmasının tənzimləyici orqanlar və peşəkar iştirakçılar qarşısında qoyduğu yeni məqsədlər və hədəflər haqqında ətraflı müzakirələr aparıldı, bu istiqamət üzrə onların son fikirləri və gəldikləri nəticələr dinlənildi.
    Qeyd edək ki, AMDA-nın konfransları ənənəvi olaraq MDB ölkələrinin, həmçinin Avropa və Asiyanın mərkəzi depozitar təşkilatlarını, eləcə də, investisiya banklarının və peşəkar birliklərin (SWIFT, Thomas Murray və s.) nümayəndələrini toplayır. Belə konfranslar hər il təşkil edilir və iştirakçılara Avrasiya regionunda fokuslaşaraq post-treyd sferası üzrə son baxışları və bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.
20.11.2017 - Arxivə qayitmaq
Son xəbərlər
25.10.2017Koreya Fond Birjasının əməkdaşları ilə görüş keçirilmişdir
12.09.2017Minsk şəhərində AMDA-nın XIV Beynəlxalq Konfransı keçirilmişdir.
27.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər
06.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti Sədrinin birinci müavini təyin edilmişdir
16.12.2016Milli Depozit Mərkəzində Clearstream təşkilatının nümayəndəsinin iştirakı ilə seminar keçirilmişdir
15.12.2016Milli Depozit Mərkəzinin mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “Asan İmza” xidməti ilə inteqrasiya edilib
12.12.2016Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
31.10.2016Azərbaycan Beynəlxalq Bankının səhmdarlarına
01.04.2016Milli Depozit Mərkəzi müvəqqəti olaraq yeni ofisə köçüb.
18.02.2016Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilmişdir
29.10.2015Milli Depozit Mərkəzinin təşkilati-hüquqi forması dəyişdirildi
01.10.2015MDM-də Raiffeisen Bank International–ın nümayəndələri ilə görüş keçirilmişdir.
07.09.2015Qiymətli kağızlar bazarı haqqında yeni qanun qüvvəyə minmişdir
02.07.20152015-ci ilin birinci yarımilliyi üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
02.04.20152015-ci ilin birinci rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
15.03.2015QKDK, MDM və BFB-nin nümayəndə heyətinin Koreya Birjasına işgüzar səfəri baş tutmuşdur.
25.02.2015Koreya Fond Birjasının nümayəndə heyətinin Bakıya işgüzar səfəri başlamışdır.
02.02.2015Milli Depozit Mərkəzi SWIFT şəbəkəsinə qoşulma üzrə birinci mərhələni bitirmişdir.
30.12.2014MDM-in tarif cədvəlində dəyişikliklər edilmişdir
03.12.2014QKDK, BFB və MDM əməkdaşları üçün “Vaxt, iş və prioritetlərin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
17.11.2014“MDM-də risklərin idarəedilməsi” mövzusunda təlim keçirilmişdir
03.11.2014“Korporativ tədbirin həyata keçirilməsi” mövzusunda təlim keçirilmişdir.
30.10.20142014-cü ilin üç rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
16.09.2014Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
08.09.2014Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının XI Beynəlxalq konfransı Bakıda keçirilmişdir.