Xidmət növləri

Depozitar xidmətləri:

 

Sənədli və sənədsiz qiymətli kağızların saxlanması və uçotu;

Qiymətli kağız mülkiyyətçilərinə depo hesablarının açılması;

Qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotu;

Qiymətli kağızlar üzrə əqdlərin qeydiyyatı;

Qiymətli kağızlara hüquqların vərəsəliklə keçməsi üzrə əməliyyatların qeydiyyatı;

Qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;

Qiymətli kağız mülkiyyətçilərinin sorğusu əsasında hesablarından çıxarışların verilməsi;

Qiymətli kağız mülkiyyətçilərinə aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;

Müxbir depozitarlara xidmətlərin göstərilməsi;

 

İnvestisiya fondlarının depozitarlarına xidmətlər:

 

Fondun aktivlərinin uçotu;

Fonda məxsus pul vəsaitlərini, qiymətli kağızları və əmlak hüquqlarını təsdiq edən sənədlərin əslini qəbul etmək və saxlamaq;

Fondun səhmlərinin və ya paylarının yerləşdirilməsinə (satışına) və geri satın alınmasına nəzarət etmək;

Fondun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin uçotunu aparmaq;

Fondun formalaşdırılması bitdikdən sonra payların dəyərinin düzgün hesablanmasına nəzarət etmək.

 

Reyestrsaxlayıcı xidmətləri

 

Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;

Nominal saxlayıcıların hesablarının uçotunun aparılması;

Səhmdarların ümumi yığıncaqlarının təşkili üzrə xidmətlər;

Qiymətli kağızlar üzrə dividendlərin və istiqraz üzrə faizlərin hesablanması və onların ödənilməsində vasitəçilik;

Qiymətli kağızlarla xırdalanma (split) və birləşdirmə (konsolidasiya) əməliyyatlarının aparılması;

Qiymətli kağızlarla konvertasiya əməliyyatlarının aparılması.

 

Klirinq xidmətləri

 

Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri və qiymətli kağızlar üzrə öhdəliklərin və tələblərin müəyyənləşdirilməsi;

Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri üzrə hesablaşmaların aparılması;

Qiymətli kağızlarla repo/əks repo əməliyyatlarının aparılması.

 

 

Qiymətli kağızlara beynəlxalq kodların verilməsi:

 

ISIN kodların verilməsi

CFI kodların verilməsi

 

Sərəncamçı xidmətləri:

 

Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətləri.