İDARƏ HEYƏTİNİN SƏDRİ

Qasımov Adışirin Firudin oğlu


Qasımov Adışirin Firudin oğlu 1965-ci ildə anadan olmuşdur. O, 1983-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. A.Qasımov 1995-ci ildən 2009-cu ilə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə, o cümlədən Hesablaşmalar, Bazar əməliyyatları, Daxili audit, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, Nağd pul departamentlərinin direktoru vəzifələrində işləmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi xidmətinin direktoru vəzifəsinə təyin edilmişdir. 2016-2020-ci illərdə Mərkəzi Bankın Nağd pul departamentinin rəhbəri vəzifəsində çalışmışdır. A.Qasımov Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 6 avqust 2020-ci il tarixli qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.