Koreya Mərkəzi Depozitarı (KSD) yeni “K-vote” elektron səsvermə sisteminini istifadəyə verdi. Yenilənmiş sistem, mövcud e-səsvermə və e-proxy xidmətləri ilə yanaşı institusional investorlara, o cümlədən pensiya fondları və aktiv idarəçilərinə geniş dəstək təqdim edəcək.

 “K-VOTE”  vasitəsi ilə səhmdarların yığıncaqlarının idarə olunması üzrə cədvəl əsasında bildirişlər, 24 saat ərzində səsvermə, böyük həcmdə elektron səslərin eyni zamanda emalı, korporasiyalar və institusional investorlar üçün elektron səsvermə məlumatlarının təhlili üzrə fərdi hesabatların hazırlanması və digər xidmətlər göstəriləcək.

KSD həmçinin səhmdarların ümumi yığıncaqlarının keçirilməsini asanlaşdırmaq üçün digər xidmətləri təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, KSD 1974 ildə təsis edilib və qiymətli kağızlar üzrə saxlama, ötürülmə və hesablaşma kimi xidmətlər göstərir. Məlumat mübadiləsinin təmin edilməsi məqsədi ilə MDM və KSD arasında 2011-ci ildə Anlaşma Memorandumu imzalanmışdır.

Mənbə: https://www.ksd.or.kr/en/resource-center/news-and-regulations/press-report/21889