İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin Fond Birjalarının 14-cü Forumu 8 oktyabr tarixində İstanbul birjasının təşkilatçılığı ilə onlayn olaraq təşkil olunmuşdur. 

Konfransın gündəliyində duran əsas məsələlər COVİD-19 pandemiyası dövründə kapital bazarlarının,  o cümlədən, qiymətli metal bazarlarının, həmçinin, blokçeyn əsaslı rəqəmsal hesablaşma sistemlərinin  dayanıqlı inkişafı prinsipləri və perspektivləri, kapital bazarları iştirakçılarının qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıqla bağlı təkliflərə baxılması olub.Forumda həmçinin islam kapital bazarları çərçivəsində həyata keçirilən layihələrə dair çıxışlar və təqdimatlar olmuşdur.

İclasda bir sıra qərarlar qəbul edilmişdir. Ətraflı məlumat üçün: http://www.oicexchanges.org/images/documentations/meetingReports/final-report-of-the-fourteenth-meeting-of-the-oic-exchanges-forum-14th.pdf

İƏT-ə üzv olan ölkələrin Fond Birjalarının növbəti konfransı 2021-ci ilin sentyabr-oktyabr ayında keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, Forumda Fond Birjaları, Post-Ticarət təşkilatları, Ümumdünya Birjalar Federasiyası, Türkiyə Xəzinə və Maliyyə Nazirliyi, İslam Maliyyə Qurumlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI), həmçinin Milli Depozit Mərkəzinin nümayəndələri iştirak etmişlər.