9 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” MMC tərəfindən buraxılan istiqrazların yerləşdirməsi üzrə hərrac keçirilmişdir. İstiqrazların nominal dəyəri 1000 AZN, ümumi miqdarı 2 500, illik faiz dərəcəsi 12.5%, tədavül müddəti isə 1 ildir. İstiqrazlar üzrə faizlərin və əsas məbləğin investorlara ödənilməsi Milli Depozit Mərkəzi tərəfindən həyata keçiriləcəkdir.

Qeyd edək ki, Ferrum Kapital MMC yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətlərini təqdim etmək məqsədilə 19 sentyabr 2017-ci ildə yaradılmışdır və  Azərbaycanda 25 ildən artıq fəaliyyət göstərən AGA Group şirkətlər qrupuna daxildir.