Milli Depozit Mərkəzi tərəfindən 2020-ci ilin avqust ayı ərzində qeydə alınmış qiymətli kağızlar üzrə əqdlərin say və həcm göstəriciləri açıqlanıb. Beləliklə, ötən ay ərzində 426 birja əqdi, 37 birjadankənar əqd qeydə alınmışdır. Həcm göstəricilərinə gəlincə, birja və birjadankənar əqdlərin həcmi müvafiq olaraq 908.131.427,43 manat və 371.492.908,20 manat təşkil edib. Repo əqdlərinin say göstəricisi 138, həcm göstəricisi isə 212.363.420,17 manat olub.

Qeyd edək ki, həm birja, həm də birjadankənar təkrar bazarda qeydə alınmış əqdlər say üzrə çoxluq təşkil etsələr də, əqdlərin həcminə görə ilkin bazar əqdləri üstünlüyə malikdir. 

Əqdlər üzrə say və həcm göstəriciləri qrafikdə daha ətraflı şəkildə verilmişdir: http://mdm.gov.az/az