Bu tarix müstəqil Azərbaycanın parlaq səhifəsi kimi xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, yenilməz iradəsi və fədakar xidmətləri nəticəsində Azərbaycanın dövlət müstəqilliyi təhlükədən xilas olmuş, əbədi və dönməz xarakter almışdır. Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş və dövlətçiliyini daha da möhkəmləndirmişdir.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi xalqımızı bu əlamətdar bayram münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayır.