Milli Depozit Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 000 manat yardım vəsaiti ayırıb.

Qeyd edək ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləmək istəyən fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər.