Müştərilərin nəzərinə

17 mart 2020-ci il tarixli Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) müştərilərin qəbulu müvəqqəti olaraq dayandırılır. Daha öncədən müvafiq sənədlərin əldə edilməsi üçün müraciət etmiş şəxslər MDM-ə yaxınlaşaraq sənədləri əldə edə bilərlər.

Qəbulun müvəqqəti dayandırılması ilə əlaqədar, müraciətlərin fasiləsiz qəbulunu təmin etmək məqsədilə vətəndaşlardan aşağıdakı əlaqə vasitələrindən istifadə etmələri xahiş olunur:

  • Skype proqramı üzərindən aşağıdakı linklər vasitəsilə

https://join.skype.com/invite/jFc476AvTTss

https://join.skype.com/invite/nAA9RjjCr44v

  •  info@mdm.gov.az elektron poçt ünvanı vasitəsilə
  • MDM-in rəsmi internet səhifəsində “Məktub göndər” elektron müraciət bölməsi vasitəsilə
  • +99412 538-31-42 faks nömrəsi vasitəsilə
  • +99412 538-31-90 / +99412 538-31-74 / +99412 538-31-76  telefon nömrələri vasitəsilə birbaşa zəng edərək müraciət edə bilərlər.