26 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümümü ilə əlaqədar Milli Depozit Mərkəzinin əməkdaşları Xətai rayonundakı Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi yad edilib, abidənin önünə çiçək dəstələri düzülüb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutmuşlar. Xocalı soyqırımı zamanı 613 sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır, 150 nəfərin taleyi hələ də məlum deyildir.