Milli Depozit Mərkəzi "Sistem inzibatçısı üzrə təcrübəçi" və "Proqramlaşdırma üzrə təcrübəçi" vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Əmək haqqı: 100-300 AZN
  • İş yeri: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi

İşçinin vəzifələri:

  • Proqram təminatının layihələndirilməsi, hazırlanması, test edilməsində fəal iştrak etmək;
  • Proqram təminatının sənədlərinin hazırlanmasında fəal aktivlik göstərmək;
  • Texniki dəstəyin göstərilməsi işlərinə kömək etmək.

Namizədə dair tələblər:

  • Kompyuter elmləri, kompyuter mühəndisliyi və ya əlaqəli bakalavr təhsili və ya sonuncu kurs tələbələri;
  • İş təcrübəsinə ehtiyac yoxdur;
  • İşində məsuliyyətli olmaq.

Tələb olunan bilik və bacarıqlar:

  • İlkin riyazi biliklər və məntiq

Maraqlanan namizədlərdən CV-lərini intern@mdm.gov.az ünvanına göndərmələri xahiş olunur. CV göndərilərkən mövzu yerinə “təcrübə proqramı” qeyd edilməlidir. Seçilmiş namizədlər ilə əlaqə saxlanılacaqdır.