14 fevral 2020-ci il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının iclası keçirilmişdir. İclasın qərarı ilə Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir. Maliyyə bazarlarına nəzarət orqanının dəyişməsi ilə əlaqədar olaraq, Əli İsmayıl oğlu Əhmədov Müşahidə Şurasının yeni sədri, Samir Əbülfət oğlu İsmayılov sədrin müavini seçilmişlər. Tural Bəşir oğlu Bayramov və Orxan Ələkbər oğlu Məmmədov isə Müşahidə Şurasının üzvləri kimi vəzifələrini davam edirlər.