5 fevral 2020-ci il tarixində “NEQSOL Holding”ə məxsus və abunəçi sayına görə Ukraynanın ikinci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” şirkəti ilk dəfə olaraq avrobond emissiya etmişdir. Tədavül müddəti 5 il olan istiqrazların emitenti qismində “VFU Funding PLC” çıxış edib.

Avrobondlar İrlandiya Fond Birjasının (“Euronext Dublin”) kotirovka siyahısına daxil ediləcək. İstiqrazların (“Vodafone Ukraine”in korporativ reytinqinə uyğun) “S&P” tərəfindən “B”, eləcə də “Fitch” tərəfindən “B” reytinqlərini alacağı gözlənilir.

İstiqrazların illik gəliri 6,2%, ümumi dəyəri isə 500 mln. ABŞ dolları təşkil edir.

Mənbə: https://www.vodafone.ua/en/news/vodafone-oholoshuye-pro-emisiyu-oblihatsiy