Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən 2019-cu il ərzində qeydə alınmış qiymətli kağızlar üzrə əqdlərin say və həcm göstəriciləri açıqlanmışdır. Beləliklə, ötən il ərzində 4758 birja əqdi, 605 birjadankənar əqd qeydə alınmışdır. Həcm göstəricilərinə gəlincə, birja və birjadankənar əqdlərin ümumi həcmi müvafiq olaraq 12.772.794.500,35 manat və 2.343.886.878,04 manat təşkil etmişdir.

Qeyd edək ki, həm birja, həm də birjadankənar təkrar bazarda qeydə alınmış əqdlər say üzrə çoxluq təşkil etsələr də, əqdlərin həcminə görə ilkin bazar əqdləri üstünlüyə malikdir. 

Repo əqdlərinin il üzrə ümumi say göstəricisi 635, həcm göstəricisi 1.035.066.240,12 manat olmuşdur.

Analitik hesabat ilə daha yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz: http://mdm.gov.az/az/eqdler-uzre-hesabatlar