17 yanvar 2020-ci il tarixində nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının 13-cü, 2020-ci il üzrə 1-ci faiz ödənişi baş tutub. Nəticə etibarilə, ümumilikdə 1 milyon 250 min dollar vəsait istiqraz sahibləri arasında bölüşdürülüb və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 16 milyon 250 min dollara yüksəlib. Xatırladaq ki, Milli Depozit Mərkəzi SOCAR istiqrazlarının kupon ödənişləri üzrə Ödəniş agenti qismində çıxış edir.

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin 2020-ci ilin aprel ayının 17-də baş tutacağı gözlənilir.