12 dekabr 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı AFBİA-nın 2019-cu il üzrə illik hesabatı dinlənilmiş, keçirilmiş tədbir və görülmüş işlərin nəticələri müzakirə edilmişdir. Eyni zamanda, 2020-ci il üzrə fəaliyyət planına baxılmış, gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İclasda Milli Depozit Mərkəzinin, Bakı Fond Birjasının, investisiya şirkətlərinin əməkdaşları iştirak etmişlər.

Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan AFBİA 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.