2019-cu ilin may ayında Qiymətli Kağızlar üzrə Xidmətlər Beynəlxalq Assosiasiyasının (ISSA) İdarə Heyətinin görüşü keçirilmişdir. Görüşdə İdarə Heyəti tərəfindən növbəti 5 il müddəti üçün təşkilatın fəaliyyət planı təsdiqlənmiş, təşkilatın üzvlüyünün genişləndirilməsi, onun digər ticarət assosiasiyaları ilə tərəfdaşlığının davam etdirilməsi kimi məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, ISSA-nın növbəti ümumi yığıncaq iclasının 2020-ci ilin iyun ayında ISSA Simpoziumu çərçivəsində keçirilməsi planlaşdırılır. ISSA-nın əsas məqsədi fond bazarlarında depozitar və hesablaşma fəaliyyətinin inkişafı və təcrübə mübadiləsidir. Milli Depozit Mərkəzi 2008-ci ildən etibarən bu təşkilatın üzvüdür.

Mənbə: https://www.issanet.org/e/pdf/2019-06_ISSA_Newsletter