Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

12 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri  Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülmüşdür.