18 sentyabr 2019-cu il tarixində keçiriləcək not hərracından etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankının yerləşdirəcəyi notlar ilə bağlanan əqdlər üzrə hesablaşmalar “T+1” rejimində həyata keçiriləcəkdir. Bu keçidin məqsədi notlarla bağlı hesablaşmaların çevikliyini artırmaq və daha rahat icrasını təmin etməkdir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən emissiya edilən notlar təyinatına görə pul kütləsinin tənzimlənməsi aləti kimi istifadə olunur. Hazıradək notlarla ilkin bazarda bağlanmış əqdlər üzrə hesablaşmalar zamanı “T+0” rejimi tətbiq edilmişdir.