13-14 iyun 2019-cu il tarixində Frankfurt şəhərində Milli Nömrələyici Agentliklər Assosiyasının (ANNA) illik ümumi yığıncaq iclası keçirilmişdir. İclasda ANNA-ya üzv təşkilatların nümayəndələri iştirak etmişlər. İclas zamanı ANNA-nın fəaliyyətinə dair məruzələr dinlənilmiş, müvafiq sahə üzrə mövcud vəziyyət və imkanlara dair geniş müzakirələr aparılmışdır.

Qeyd edək ki, 110-dan çox təşkilat ANNA-ya üzv olmaqla öz ölkələrində qiymətli kağız buraxılışlarına beynəlxalq kodları təyin etmək səlahiyyətini əldə etmişlər. Milli Depozit Mərkəzi 2006-cı ildən etibarən ANNA-nın üzvüdür.

Mənbə: https://www.anna-web.org

 

 

 

 

 

 

 

.