TBC Bank 300 milyon ABŞ dolları məbləğində 5 illik müddətə 5,75 % (ödəmə müddəti 6%) kupon dərəcəsi ilə yüksək səviyyəli təminatsız istiqrazlar buraxmışdır.

Bu istiqrazlar İrlandiya Fond Birjasında (Euronext Dublin) ticarətə qəbul edilərək rəsmi listinqə daxil edilmişdir.

Həmçinin, avrobond TBC Bankın broker şirkəti olan TBC Capital tərəfindən Gürcüstan Fond Birjasında listinqə “A” kateqoriyası altında daxil edilmişdir. TBC Capital-ın iştirakı ilə bir çox yerli investor bu mühüm əməliyyatda iştirak etmək imkanını qazanmışdır.

Qeyd edək ki, bu avrobond indiyədək Gürcüstan Fond Birjasında listinqdən keçmiş ən iri həcmli istiqrazdır.

TBC Bank-ın baş direktorunun müavini Corc Txelidze bu hadisəni təkcə Gürcüstan Fond Birjası üçün deyil, bütövlükdə Gürcüstanın bank sektorunun tarixində görünməmiş bir hal olduğunu qeyd edib. O vurğulayıb ki, bu Gürcüstanın kapital bazarının inkişafı üçün böyük bir addım olmaqla ictimaiyyətə açıq şəkildə ticarət olunan yerli korporativ istiqrazların həcmini 88% artırır.

Gürcüstan Fond Birjasının Baş icraçı direktoru Corc Paresişvili də bu əməliyyatın vacibliyini qeyd edərək bildirib ki, qiymətli kağızların həm yerli, həm də beynəlxalq səviyyədə ticarət olunması imkanını yaradan bu cür ikili listinq Gürcüstan bazarında ilk dəfə baş verir.

Mənbə: Georgian Stock Exchange-press release