Milli Depozit Mərkəzinin (MDM) Naxçıvan filialı (Filial) Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2005-ci il tarixli 1018 nömrəli “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında” Sərəncamına əsasən təsis edilmişdir. Filialın yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasının inzibati statusu və mərkəzdən uzaq məsafədə yerləşməsi nəzərə alınmaqla müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması və sürətləndirilməsi olmuşdur.  Filialın Əsasnaməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 1 mart 2006-cı il tarixində təsdiq edilmişdir. Filial 2006-cı ildən fəaliyyətə başlamışdır.

Naxçıvan filialının direktoru Bəxtiyar Babayevdir. Filialın əlaqə vasitələri aşağıdakılardır:

Tel.: +994 36 544 83 62

Faks : +994 36 544 83 62