Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının mərkəzi depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

MDM-in ali idarəetmə orqanı Müşahidə Şurası, icra orqanı isə İdarə Heyətidir. MDM-in üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlarıdır.

MDM öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”nu, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarını və öz Nizamnaməsini rəhbər tutur.

MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Depozitar fəaliyyəti
  2. Klirinq fəaliyyəti
  3. Milli Nömrələyici Agentlik
  4. Reyestrsaxlayıcı fəaliyyəti
  5. Sərəncamçı xidmətinin göstərilməsi
  6. Ödəniş Agenti xidməti

 

“Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən MDM mərkəzi depozitar olaraq müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.