Bakı Fond Birjası (BFB) 2000-ci ildə ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması məqsədi ilə təsis edilmişdir. BFB-nın əsas missiyası qiymətli kağızların ticarətinin təşkilini və bağlanmış əqdlərin effektiv icrasını təmin edən ticarət sisteminin formalaşdırılması və inkişaf etdirilməsidir.

BFB Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir və onun üzvləri birja ticarətində bilavasitə iştirak etmək hüququna malik olan investisiya şirkətləridir. Hal-hazırda BFB-nın 7 üzvü mövcuddur.

BFB-nın təşkilati-hüquqi forması qapalı səhmdar cəmiyyətidir və hal-hazırda onun banklar, investisiya şirkətləri və Borsa İstanbul daxil olmaqla 19 səhmdarı mövcuddur.