2004-cü ildə yaradılmış Avrasiya Mərkəzi Depozitarları Assosiasiyası (AECSD) əsasən Müstəqil Dövlətlər Birliyi ölkələrinin mərkəzi depozitarlarını birləşdirir. Assosiasiyanın missiyası depozitar əməliyyatların inkişaf etdirilməsi və genişləndirilməsi üçün fikir mübadiləsi aparmaq, eləcə də AECSD-nin üzvlərini qlobal qiymətli kağızlar sisteminə inteqrasiyasını təmin etmək məqsədilə bir platformanın yaradılmasıdır. Milli Depozit Mərkəzi (MDM) bu assosiasiyanın təsisçilərindən biridir. AECSD çərçivəsində MDM Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın mərkəzi depozitarları ilə əməkdaşlıq memorandumları imzalamış, həmçinin Rusiyanın 3 depozitarı ilə (NDC, RosBank, VTB bank) müxbir əlaqələr yaratmışdır.